Origin: U.S.A.
(Import costs included in the price)
It will be shipped from our warehouse between Monday, July 15 and Monday, July 22.
You will receive it anywhere in United Kingdom between 1 and 3 business days after shipment.
SƏfƏvİ SülalƏsİnİn Bütün AzƏrbaycan Torpaqlarini BİrlƏŞdİrmƏ SİyasƏtİ (in Azerbaiyán)
TaĞizadƏ, Leyla Mİrdam
Synopsis "SƏfƏvİ SülalƏsİnİn Bütün AzƏrbaycan Torpaqlarini BİrlƏŞdİrmƏ SİyasƏtİ (in Azerbaiyán)"
XX əsrin sonlarından Azərbaycanın təkrarən öz müstəqilliyinə qovuşmasından sonra Azərbaycan xalqının çoxəsrli tarixi keçmişinin, xüsusən tariximizin orta əsrlər çağının bir sıra məsələlərinin yenidən tədqiq edilib öyrənilməsinin vacibliyi şübhəsizdir. Bunun isə başlıca səbəbi Azərbaycanın SSRİ-nin tərkibində olduğu bir zamanda araşdırılan elmi-tədqiqat işlərində türk-müsəlman xalqlarının tarixinə, o cümlədən Azərbaycan tarixinə qeyri-obyektiv yanaşılması, hətta bəzi yalnışlıqların edilməsi və bir sıra faktların saxtalaşdırılması olmuşdur. XV-XVI əsrlər Səfəvi hakimiyyəti dövrünün araşdırılması tarixşünaslığın çox əhəmiyyətli qismini təşkil edir. Bununla yanaşı, həmçinin, Səfəvi dövləti onun bir hissəsinə çevrilmiş Cənubi Qafqaz, İran və başqa ölkələrin tarixi müqəddəratında mühüm rola malikdir. Şübhəsiz, tədqiqat apardığımız mövzunun aktuallığı öncəliklə bununla şərh olunur. Ələlxüsus XV əsrin sonu-XVI əsrin əvvəlləri Səfəvi dövləti qurulduğu bir vaxtda Azərbaycanda yaranmış vəziyyətin araşdırılması bu mövzunun aktuallığını danılmaz bir gerçəkliyə çevirir.